Cüdoçumuz İlşar Muşkiyev Gürcüstanda Dünya kubokuna sahib oldu
30 Yanvar 2011 Bazar 00:20
İlşar Muşkiyev qızıl medalla yanaşı, yüz reytinq xalı da qazanıb.
Azərbaycanın cüdo üzrə yığma komandası Gürcüstan paytaxtında keçirilən Dünya Kubokunda çıxışını uğurlu başlayıb. 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev finala çıxmış, bu mərhələdə qazaxıstanlı Yerkebulan Kossayev ilə qarşılaşıb. Bu görüşdə “vadza-ari” fəndi hesabına qalib gəlmiş həmvətənimiz qızıl medal qazanmaqla bərabər, öz aktivinə yüz reytinq xalı yazıb.

Xatırladaq ki, start görüşündə İ.Müşkiyev erməni rəqibi Qriqor İvanyana “ippon” fəndi ilə qalib gəlib, növbəti dövrədə isə latviyalı Andrey Magersi məğlub edib. İlqarın bu görüşü xalis qələbə ilə başa vurması üçün ona cəmi 17 saniyə lazım gəlib. Yarımfinalda onun rəqibi Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi David Assumbani olub. Həmvətənimiz tatami sahibinə qarşı görüşü çox inamla keçirib, iki “vadza-ari” qazanaraq, görüşü vaxtından əvvəl bitirib. Finalda onu qazaxıstanlı Yerkebulan Kossayev ilə görüş gözləyirdi. İlqar hakimlər tərəfindən “vadza-ari” ilə qiymətləndirilən fənd işlədərək bu rəqibini də məğlub edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar