Cüdoçumuz Elxan Məmmədov Olimpiadada ilk qələbəsini qazandı
01 Avqust 2012 Çərşənbə 14:01
Elxan Məmmədov almaniyalı rəqibdən üstün olub.
Bu gün Azərbayacanın daha bir təmsilçisi - cüdocu London Olimpiya oyunlarında mübarizəyə başlayıb. 90 kq çəki dərəcəsində Londonda mübarizəyə başlayan Azərbaycanlı cüdocu Elxan Məmmədov ilk görüşünü keçirib. İlk döyüşdə o Almaniyalı Kristof Lambertlə qarşılaşıb.
Görüşdə 1 vazari və 1 yuko xalı ilə rəqibinə qalib gələn E.Məmmədov növbəti mərhələyə vəsiqə qazanıb.
O, növbəti qarşılaşmasında Cənubi Koreya təmsilçisi Dae-Nam Son və uruqvaylı Joan Romeli qarşılaşmasının qalibi ilə tatami üzərinə çıxacaq.
DOSTLARINLA PAYLAŞ: