Cudoçumuz Dünya Kubokunun qalibi oldu
07 İyun 2009 Bazar 17:50
90 kq çəki dərəcəsində yarışan Elxan Məmmədov Rumıniyada keçirilən cüdo üzrə Dünya Kubokunun qızıl medalını qazanıb

 

Azərbaycan cüdoçusu bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən cüdo üzrə Dünya Kubokunun qalibi olub. 90 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuz ilk görüşdə rumıniyalı Georgika Stancıunu, ikinci görüşdə moldovalı İon Botnarenkonu, yarımfinalda polşalı Kacper Laremini, final görüşündə isə Slovakiya cüdoçusu Milan Randlı məğlub edərək, Dünya Kubokunun qızıl medalını qazanıb.

Dünya kubokunda iştirak edən digər cüdoçumuz Elçin Qasımov (73 kq) isə uğursuz çıxış edərək, turniri 7-ci pillədə başa vurub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar