Cüdoçumuz Avropa çempionatında medalı əldən verdi
27 İyun 2010 Bazar 02:05
Yarımfinala qədər irəliləyən Cəlil Cəlilov həlledici iki görüşdə məğlum olub.
Çexiyanın Teplitse şəhərində yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatının ikinci günündə çəkiləri 66,73 və 52 kq da olan idmançılarımız mübarizəyə qoşulublar.
Cüdoçumuz Cəlil Cəlilov (66 kq) ardıcıl olaraq Polşa, Kipr və İtaliya təmsilçilərini məğlub edərək yarımfinala qədər irəliləyib. O, bu mərhələdə rusiyalı Zuyev Dmitriyə məğlub olub. İdmançımızın 3-cü yerə çıxmaq şansı olsa da, Cəlil Cəlilov bürünc medal uğrunda keçirdiyi görüşdə də qələbə qazana bilməyib. O, almaniyalı Qutsçe Robin ippon xalı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Digər idmançılarımız Hüşənov Məhəmməd (73 kq) birinci görüşdə Yunanıstan idmançısnı məğlub etsə də, ikinci qarşılaşmasında Rumıniya təmsilçisinə məğlub olub.
Xanım cüdoçumuz Şəfəq Muradzadə (52kq) ilk görüşdə Belarusiya idmançısına məğlub olaraq mübarizədən kənar qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: