Beynəlxalq Cüdo Federasiyası cüdoçuların avqust ayı üçün növbəti reytinqini açıqlayıb. Azərbaycan idmançıları arasında ən yaxşı göstərici Elxan Məmmədova (90 kq) məxsusdur.
Elxan Məmmədov öz çəki dərəcəsində 8-ci yerdə qərarlaşıb. Hollandiyanın Rotterdam şəhərində keçirilmiş sonuncu Dünya çempionatında qazandığı bürünc medal sayəsində Kifayət Qasımova (57 kq) 200 xal qazanaraq 14-cü pilləyə yüksəlib.
Dünya çempionatının beşincisi Elmar Qasımov (100 kq) isə reytinqdə 19-cu yerdədir.
ANSPRESS