Cüdoçularımız Ukraynada 3 medal qazanıb
18 May 2009 Bazar Ertəsi 12:45
Milli komandamız gənclər arasında keçirilən beynəlxalq turnirdə turniri 2 qızıl və 1 bürünc medalla başa vurub

 

Ukraynanın paytaxtı Kiyevdə gənc cüdoçular arasında keçirilən beynəlxalq cüdo turnirinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, cüdoçularımız son yarış günü daha bir medal qazanıblar. 81 kq çəki dərəcəsində yarışan Ramin Qurbanov finalda ukraynalı Alesandr Derkaçı məğlub edərək turnirin qızıl medalını qazanıb. Beləliklə, Azərbaycan cüdoçuları turniri 3 medalla başa vurublar.

Qeyd edək ki, daha öncə keçirilmiş yarışlarda İlqar Müşkiyev (55 kq) qızıl, Mirzə Əsgərov (60 kq) isə turnirin bürünc medalını qazanmışdı. Turnirə 23 cüdoçu ilə yollanmış Azərbaycan milli komandası Kiyevdə təlim-məşq toplanışı keçirdikdən sonra vətənə dönəcək./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar