Cüdoçularımız Rio de Janeyroya yollanır
15 İyun 2011 Çərşənbə 18:13
Onlar “Böyük Dəbilqə” yarışına qatılacaq.
Iyunun 18-də Braziliyanın Rio de Janeyro şəhərində “Böyük Dəbilqə” yarışına start veriləcək. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz iştirak edəcək.

Bunlardan Nicat Şıxəlizadə, Ilqar Müşkiyev (hər ikisi -60 kq), Tərlan Kərimov (-66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi -81 kq), Elxan Məmmədov (-90 kq), Elmar Qasımov (-100 kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) mübarizəyə qatılacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin qalibi 300, 2-ci yerin sahibi 180, 3-cü yerin sahibi 120, 5-ci yeri tutan cüdoçu isə aktivinə 60 lisenziya xalı yazdıracaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar