Cüdoçularımız qalib gəldi
16 Yanvar 2011 Bazar 19:25
"Masters" seriyalı turnirin son günündə Elnur Məmmədli ilə Elxan Məmmədov fərqlənib .
Bakıda keçirilən cüdo üzrə “Masters” seriyalı turnir davam edir. 2012-ci il London Olimpiadasına lisenziya xalları verən yarışın son günü tatami üzərinə həmyerlilərimizdən 81 kq çəkili Elnur Məmmədli və 90 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov çıxıb.

İlk olaraq rusiyalı idmançını üstələmiş Məmmədli sonrakı mərhələlərdə müvafiq olaraq Mərakeş və Böyük Britaniyadan olan cüdoçulara qarşı ippon fəndi işlədərək, finala adlayıb. Finalda da braziliyalı həmkarına qalib gələn həmyerlimiz turnirin qızıl medalını boynundan asıb.

Elnur Məmmədlinin uğurunu Elxan Məmmədov da təkrarlayıb. İlk rəqibini 26-cı saniyədə ippon fəndi ilə məğlub edən Elxan yarımfinalda yaponiyalı Takaşi Onoya qalib gəlib. Son mərhələdə Yunanıstan cüdoçusunu əks fənddə məğlub edən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar