Cüdoçularımız Dünya Kubokundan əliboş qayıdırlar
28 Fevral 2011 Bazar Ertəsi 02:11
12 idmançımızdan yalnız biri yarışların beşincisi olub
Varşavada keçirilən cüdo üzrə Dünya kubokunun son günündə tatami üzərinə dörd cüdoçumuz- - Elxan Rəcəbli (81 kq), Ramin Qurbanov (-90 kq), Sain Məmmədov (-100 kq) və Emil Tahirov (+100 kq) çıxıblar. Lakin idmançılarmız hələ erkən mərhələlərdə məğlub olaraq uğursuz çıxış ediblər.
Qeyd edək ki , yarışn ilk günündə Renat Mirzəliyev (-73 kq) Dünya kubokunun 5-cisi olub və öz aktivinə London-2012 Yay Olimpiya Oyunlarına 20 lisenziya xalı yazdıra bilib.
Xatlrladaq ki, (26-27 Fevral) Varşavada keçirilən Dünya kubokunda ölkəmizin idman şərəfini ümümilikdə 12 cüdoçu - İlqar Müşkiyev (60 kq), Vüqar Şirinli (-60 kq), Asim Xələfov (-60kq), Tərlan Kərimov (-66 kq), Asim Qocayev (-66 kq), Bəhram Zərbiyev (-66 kq), Renat Mirzəliyev (-73 kq), Eldar Qasımov (-73 kq), Elxan Rəcəbli (-81 kq), Ramin Qurbanov (-90 kq), Sain Məmmədov (-100 kq) və Emil Tahirov (+100 kq) qoruyurdu.
DOSTLARINLA PAYLAŞ: