Cüdoçularımız beynəlxalq turnirə uğursuz başlayıb
14 Yanvar 2012 Şənbə 21:54
Qazaxıstanın Almata şəhərində cüdo üzrə “World Masters” turnirinə start verilib.
Qazaxıstanın Almata şəhərində cüdo üzrə “World Masters” turnirinə start verilib. Dünya reytinqində ilk 16 idmançı arasına daxil olanların iştirak hüququna malik olduğu yarışa, həmyerlilərimiz uğursuz start veriblər
İlk olaraq bütün diqqətlər 60 kiloqramda mübarizə aparan İlqar Müşkiyeva yönəlib. İlqara böyük ümidlər bəslənsə də, o, elə ilk döyüşdən mübarizəni dayandırıb. İlk döyüşünü fransalı Sofian Miluya qarşı keçirən tatami ustamız qarşılaşmanın gedişində xal hesabında geridə olduğundan irəli atılıb və tək hücumda yaxalanaraq ippon fəndi ilə məğlub olub.
Onunla eyni çəkidə mübarizə aparan Tərlan Kərimov da turnirə uğursuz başlayıb. Tərlan monqolustanlı həmkarı Caqanbatar Xaşbatara xal hesabı ilə uduzaraq yarışla erkən vidalaşıb.
Qadınlar arasında “World Masters” turnirində ilk olaraq mübarizəyə Kifayət Qasımova qoşulub. Xanım cüdoçumuz ilk mərhələdə braziliyalı cüdoçu Rafaela Silva olub. Gərgin keçən görüşün əsas vaxtı heç-heçə bitib. Əlavə vaxtda isə braziliyalı həmkarı xanım cüdoçumuzu xal hesabı ilə üstəliyib.
Bu gün mübarizəyə qoşulan təmsilçilərimiz arasında nisbətən uğurlu çıxış edən isə Ramilə Yusibova olub. Xanım cüdoçumuz debütdaca israilli tatami ustası Alis Şlezingeri ippon fəndi ilə məğlub edib. Buna baxmayaraq, ikinci mərhələdə Yaponiya təmsilçisi Miki Tanakaya uduzan Ramilə yekunda 5-ci olub.
Sabah isə mübarizəyə 81 kiloqramda yarışan Elnur Mməmmədli və 90 kiloqramda Elxan Məmmədov qoşulacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 200 min ABŞ dolları olan bu turnirin nokaut-sistemi ilə keçirilir. Turnirin yarımfinalında məğlub olan cüdoçular avtomatik bürünc medala yiyələnir.
DOSTLARINLA PAYLAŞ: