Aprelin 25-də Rusiynın Sankt-Peterburq şəhərində gənc cüdoçular, Çexiyanın Teplis şəhərində isə yeniyetmələr arasında “A” kateqoriyalı beynəlxalq turnir start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ceyhun Kələntərovun verdiyi məlumata görə, Azərbaycan Rusiyada 15, Çexiyada isə 18 cüdoçu ilə təmsil olunacaq.
Rusiyada keçiriləcək və iki gün davam edəcək yarışlarda Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında çıxış edəcək Azərbaycan millisinin heyətində aşağıdakı cüdoçular yer alıb: Orxan Cəfərov, Elsəvər Sadıxzadə (hər ikisi 55 kq), Vüqar Şirinli, Rasim Əsədullayev (hər ikisi 60 kq), Fəqan Eminoğlu, Rüstəm Orucov (hər ikisi 66 kq), Paşa Nəbizadə, Orxan Dünyamalıyev, Samiq Əhmədli (hər üçü 73 kq), Sain Məmmədov, Azər Ağayev (hər ikisi 81 kq), Tural Səfquliyev, Naim Allahverdiyev (hər ikisi 90 kq), Orxan Səfərov (100 kq), Fərid Babayev (+100 kq), qızların yarışında isə Ülviyyə Vəliyeva (48 kq), Türanə Seyidi (52 kq) və Gülsədəf Kərimova (57 kq)
Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında keçiriləcək yarışa yollanacaq Azərbaycan millisinin heyətində yer alan cüdoçular, Xəyal Mirzəzadə (46 kq), Pərviz Şükürov, Cavad Nəbiyev (hər ikisi 50 kq), Kamran Bağırov, Ceyhun Qatayev (hər ikisi 55 kq), Musa Xəlili, Mahir Cəfərli (hər ikisi 60 kq), Emin Şahbanov, Rəşad Pəncəli, Məhəmməd Hüşənov (hər üçü 66 kq), Ruslan Fərruxzadə (73 kq), Kamran Hacıyev (81 kq), Səbuhi Axundov (90 kq), Andrey Fatiyev (+90 kq), qızların yarışında isə Ayişə Qurbanlı, Elvira Buttayeva (hər ikisi 48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynovadır (63 kq). /ANS PRESS/