Cüdoçularımız Avstriyada 5 medal qazandılar
11 İyun 2009 Cümə Axşamı 18:10
Leybnits şəhərində keçirilən beynəlxalq turnirdə cüdoçularımız 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb

 

Azərbaycan cüdoçuları Avstriyanın Leybnits şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar. Azərtac-ın xəbərinə görə, idmançılarımız arasında ən yüksək nəticəni Vüqar Şirinli (55 kq), Rasim Əsədullayev (60 kq) və Elmar Qasımov (100 kq) göstəriblər. Hər üç cüdoçumuz bütün rəqiblərinə qalib gələrək beynəlxalq turnirin qızıl medallarını qazanıblar. Digər cüdoçularımız Orxan Səfərov (55 kq) gümüş, Mirzə Əsgərov (60 kq) isə bürünc medal qazanıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar