Cüdoçularımız Avropa çempionatına yollanır
05 Aprel 2011 Çərşənbə Axşamı 15:00
Qitə birinciliyi Türkiyənin İstanbul şəhərində keçiriləcək
Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək. Azərbaycan Cüdo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, aprelin 13-də start götürəcək qitə birinciliyində yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında ümumilikdə 13 cüdoçu mübarizə aparacaq.

Komandamızın tərkibinə İlqar Müşkiyev (-60 kq), Tərlan Kərimov, Samir Dadaşzadə (hər ikisi -66 kq), Rinat Mirzəliyev, Ramil Qasımov (hər ikisi -73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi -81 kq), Elxan Məmmədov (-90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi -100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) kimi idmançılar daxildir.

Qeyd edək ki, Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar