Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında keçirilən Dünya Kuboku yarışları başa çatıb. Yarışın son günündə mübarizəyə qoşulmuş 4 cüdoçumuz da uğursuzluğa düçar olub. 81 kq çəkidə mübarizə aparan Rüstəm Alimli Cənubi Koreyalı Yunq Hui Lee, +100 kq çəkidə yarışan cüdoçularımızdan Fuad Qarayev də Cənubi Koreya cüdoçusu Min Sunq Kimə, Fərid Babayev isə polşalı Qrzeqorz Eitellə məğlub olub. 90 kq çəkidə mübarizə aparan Tural Səfiquliyev isə polşalı Kristof Veqlarezə məğlub olaraq mübarizəni dayadırıb. Dünya Kubokunda Fərhad Məmmədov və Əli Dəvrişovun rəhbərliyi altında 9 cüdoçu ilə təmsil olunan Azərbaycan medal qazana bilməyib.
Qeyd edək ki, yarışın ilk günü mübarizəyə qoşulmuş cüdoçularımız Samir Dadaşzadə, Tərlan Kərimov, Amil Qasımov, Nadir Babayev və Elçin Qasımov da medal qazana bilməyib. /ANS PRESS/