Cüdo yığmamız Türkiyədə 1 qızıl, 2 bürünc medal qazandı
29 Aprel 2011 Cümə 10:28
Ankarada Dünya Uşaq Oyunları keçirilir
Cüdoçularımız Dünya Uşaq Oyunlarının ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar. ANS PRESS-in “JudoOnline.info” saytına istinadən verdiyi məlumata görə, 36 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Dünya Uşaq Oyunlarının qızıl medalını qazanıb.

Belə ki, Leyla Əliyeva (-36 kq) püşkatmanın nəticəsinə görə ikinci qarşılaşmanı gözləyərək birinci görüşündə rusiyalı Alina Qaqiyevanı meğlub edib və finala çıxıb. Finalda isə rumuniyalı rəqibi Diana Cubotaru üzərində “ippon” fəndi tədbiq edərək Dünya Uşaq Oyunlarının qızıl medalını qazanıb

Digər cüdoçularımız -38 kq çəki dərəcəsində Sənan Quliyev və -42 çəki dərəcəsində Sahil İsmayılov fəxri kürsünün üçüncü pilləsinə çıxaraq bürünc medala sahib olublar.

Hakimlər komissiyasının komisarı Mətin Özkan azərbaycanlı hakim Məhəmmədəli Quluzadənin ədalətli və düzgün idarəçiliyini bəyənərək final mərhələsinin mərkəz hakimliyini ona həvalə edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar