Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri
11 Fevral 2011 Cümə 21:50
Qalbilər ölkəmizi beynəlxalq turnirlərdə təmsil edəcək
Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyən olunub. ANS PRESS-in məlumatına görə, oğlanların yarışında 55 kq çəki dərəcəsində Əlixan Qardaşxanzadə (“Neftçi” İdman Cəmiyyəti, Bakı), 73 kq çəki dərəcəsində Firudin Dadaşov (“Neftçi”, Sumqayıt), 90 kq-da Cəlil Şükürov (“ Neftçi”, Bakı), 90 kq-dan yuxarı çəki dərəcəsində isə Ülvi İsayev (“Təhsil” İdman Məktəbi) qalib olub.
Qaliblər 2011-ci ildə keçiriləcək beynəlxalq turnirlərdə Azərbaycanın idman şərəfini qoruyacaq.
DOSTLARINLA PAYLAŞ: