Cüdo qaydalarına dəyişiklik edilib
01 Dekabr 2010 Çərşənbə 16:00
Dünya çempionatında hər ölkədən hər çəki dərəcəsində 2 idmançı çıxış edəcək
Cüdo üzrə Dünya Çempionatının nizamnaməsinə dəyişiklik edilib. Bundan sonra Dünya çempionatında hər ölkədən 1 çəki dərəcəsində 2 idmançı çıxış edə biləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu düzəlişlərin ardından qitə çempionatının da təşkilində müəyyən dəyişikliklər olacağı gözlənilir.

Gələn ildən etibarən köhnə qitə birinciliyində komandalar hər çəkidə 2 cüdoçu ilə təmsil oluna bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar