Con Toşak: Xezer Lenkeran xestedir
05 Avqust 2013 Bazar Ertəsi 03:20
Uelsli çalışsırıcı "Sumqayıt"la oyundan sonra fikirlərini bildirib.
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 1-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

"Komandamız, sanki, xəstədir. Çalışıb, həmin xəstəliyi aradan qaldırmaq lazımdı. Heç nədən qol buraxdıq. Bu, sanki, Milad bayramı öncəsi rəqibə hədiyyə idi. Bizim də xeyli qol imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. "Sumqayıt"a hörmətlə yanaşırıq. Qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar