Con Toşak meyus olub
29 May 2013 Çərşənbə 00:36
Xəzər Lənkəran baş məşqçisi Con Toşak ölke kubokunun finalında baş veren qalmaqalı şerh edib.
“Finalda uduzmaq çox məyusedicidir. Özü də penaltilər seriyasında”. ANS PRESS-in Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Qeyd edək ki, “Xəzər Lənkəran” mayın 28-də ölkə kubokunun finalında “Neftçi”yə uduzub. Oyundan sonra mətbuat konfransına qatılan uelsli çalışdırıcı bildirib ki, karyerası ərzində 3 dəfə kubokun finalında penaltilər seriyasında komandası məğlub olub: “Belə final karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm”.

Toşak oyundan sonra baş verən qalmaqala da toxunub: “Mən sadəcə, “Neftçi” futbolçularını təbrik etmək istəyirdim. Onlar hazırda ölkənin ən güclü komandasıdır. Rəqibimizə Çempionlar Liqasında uğurlar arzulayıram. Saşa Stamenkoviçə isə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar