“Çok büyüksün QARDAŞ”
03 Sentyabr 2011 Şənbə 00:46
Azərbaycan-Belçika oyunu Türkiyə mətbuatının diqqət mərkəzindədir
Türkiyə KİV-i EURO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Belçika millilərinin oyununa geniş yer alıb. Çünki, Belçika millisinin Bakıda xal itirməsi Türkiyə yığmasının işinə yarayıb və qardaş ölkə millisi qrupda ikinci pilləyə yüksəlib. Üstəlik, Türkiyə millisi bir oyun az keçirib. Hazırda 7 oyun keçirən Türkiyə millisinin 13, 8 oyun keçirən Belçika yığmasının isə 12 xalı var.

Bu baxımdan, qardaş ölkə KİV-inin Azərbaycan-Belçika oyununa geniş diqqət ayırması təbiidir. Türkiyənin böyük idman saytlarından olan Sprox.com-un seçdiyi başlıq isə olduqca maraqlıdır: “Çok büyüksün QARDAŞ”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar