CNN futbolumuz haqda süjet yayımlayıb
16 İyun 2011 Cümə Axşamı 16:44
Süjet Amerika telekanalının videosaytında da yerləşdirilib.
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə xarici KİV nümayəndələri də iştirak edib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, tanınmış CNN televiziya kanalında Azərbaycan futbolu, “Dalğa Arena”nın açılış mərasimi barədə süjet yayımlanıb.

Süjetdə Tofiq Bəhramov haqda məlumat verilib, FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibələri yer alıb. Qeyd olunan süjet CNN kanalının videosaytında da yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar