ÇL-in 1/8 finalında üz-üzə gələcək klublar məlum oldu
20 Dekabr 2012 Cümə Axşamı 14:56
Püşk "Qalatasaray"a "Şalke"ni rəqib etdi.
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbiri UEFA-nın baş katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Stiv Makmanaman ilə Patrik Klyuvert aparıblar.

Püşkün nəticəsinə görə, ÇL-in 1/8 final mərhələsində üz-üzə gələcək cütlükləri nəzərinizə çatdırırıq:

1. Qalatasaray - Şalke
2. Seltik - Yuventus
3. Arsenal - Bavariya
4. Şaxtyor - Borussiya D
5. Milan - Barselona
6. Real - Mançester Yunayted

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar