Çinli milyarder Atletiko Madrid klubunu alır
07 Oktyabr 2014 Çərşənbə Axşamı 17:55
Dalian Wanda Group şirkətinin sahibi Van Tszyan və Atletiko Madrid klubu arasında razılıq əldə edilib.
Çinin ən zəngin adamı Van Tszyan İspaniyanın "Atletiko Madrid" klubunun 20 faiz səhmini almaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, artıq çinli iş adamı Madrid klubu ilə razılığa gəlib.
"Dalian Wanda Group" şirkətinin sahibi "Atletiko"nun prezidenti Enrike Seresoyla danışıqlar apararaq ümumi nəticə əldə edib.
Nüfuzlu "Forbes" jurnalının məlumatlarına əsasən, çinli iş adamı Van Tszyanın 16,2 milyard dollar həcmində var-dövləti var. Bu razılaşma ilə ispan klubu öz borclarını ödəyəcək.
DOSTLARINLA PAYLAŞ: