Çin yeni həvəsə düşüb
16 İyul 2010 Cümə 18:55
Şərq ölkəsi futbol üzrə Düyna çempionatına ev sahibliyi etmək istəyir.
Çin Xalq Respublikası 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya çempionatına ev sahibliyi etmək niyyətindədir. Bu barədə Çinin yerli mətbuatında məlumat yayılıb.
Çin Futbol Federasiyasının rəhbəri Veya Di bildirib ki, FİFA-ya rəsmi müraciət göndərilməsi üçün qısa zamanda ölkənin İdman Nazirliyi ilə danışıqlara başlanılacaq. Veya Di Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Dünya çempionatından sonra belə bir qərar qəbul etdiklərini bildirib. Federasiya rəhbəri ölkəsinin bu cür turnirə ev sahibliyi etməyə qadir olsuğunu, üstəlik bu məqsədlə 2008-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün tikilmiş obyektlərin də istifadə edilə biləcəyini qeyd edib. anspress
DOSTLARINLA PAYLAŞ: