Çin futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək istəyir
17 İyul 2010 Şənbə 01:15
Futbol Federasiyasının rəhbəri: “Çində futbol çempionatının keçirilməsini mümkünsüz edən heç bir səbəb yoxdur”.
Çin 2026-cı ildə futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək niyyətindədir. Bu barədə məlumatı yerği KİV yayıb.

Çinin Futbol Federasiyasının (ÇFF) rəhbəri Vey Dinin sözlərinə görə, ÇFF yaxın vxatlarda ölkənin İdman Nazirliyinə rəsmi sorğu göndərəcək. FİFA-ya rəsmi müraciət etmək üçün bu nazirliyin razılığına ehtiyac var.

“Biz CAR-dakı çempionatın uğurunda və bu turnirin cənubi afrikalılara nə verməsindən təsirlənmişik. Mən CAR-da gördüm ki, Dünya Kuboku bütün ölkəni birləşdirə və milli futbolun səviyyəsini yüksəldə bilər”-deyə Vey Di bildirib. Onun sözlərinə görə, Dünya Çempionatının Çində keçirilməsinin mükün olub-olmaması və mümkünlüyü halında məhz nə vaxt keçirilməsi ətrafında uzun mübahisələr olub: “CAR-dakı uğurlu yarışdan sonra etiraf etməliyəm ki, Çində futbol çempionatının keçirilməsini mümkünsüz edən heç bir səbəb yoxdur. Hesab edirəm ki, məhz indi bunun vaxtıdır”.

Futbol Federasiyasının rəhbəri hesab edir ki, Çin infrastuktur baxımından mundiala ev sahibliyi etməyə hazırdır. Çünki 2008-ci ilin Olimpiya Oyunlarından qalan obyektlərdən istifadə oluna bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar