Çimərlik voleybolu üzrə ölkə çempionatına yekun vurulub
31 İyul 2010 Şənbə 23:10
Aztelekomun üç komandası mükafat qazanıb.
Çimərlik voleybolu üzrə ölkə çempionatına yekun vurulub. Həm kişilərin, həm də qadınlar arasında qaliblər bu gün bəlli olub.
Ölkə çempionatında zəriflərin final qarşılaşması “Təhsil-Sumqayıt” və “Ümid-1” komandaları arasında oynanılıb. Bu görüşdən Ümid kollektivi qalib ayrılaraq, ölkə çempionu adını qazanıb. Yarışın bürünc medalı isə təsəlliverici matçda “Lokomotiv”i üstələmiş “Sürpriz” komandasına qismət olub.
Kişilər arasında ölkə çempionatının həlledici görüşü isə “Aztelekom 1” və “Aztelekom 2” klubları arasında oynanılıb. Bu qarşılaşmada Aztelekomun ikinci komandası daha güclü olub. Kişilərin mübarizəsində ən güclü üçlüyü də Aztelekom tamamlayıb. Bu dəfə üçüncü komandası ilə.
Avqust ayının 13-də isə çimərlik voleybolu üzrə ölkə kuboku yarışlarını start veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: