Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına start verilib
31 İyul 2010 Şənbə 23:40
Çimərlik futbolu üzrə turnirdə 8 komanda mübarizə aparır.
Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatına start verilib. Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan idmançılarına dəstək məqsədi ilə keçirilən yarışda ümumilikdə 8 komanda mübarizə aparır.

Çempionatda komandalar 2 qrupa bölünüblər. Bu gün yarışda ikinci turun görüşləri keçirilib. İlk olaraq “A” qrupunun iştirakçıları mübarizəyə qoşulublar. “Hövsan” və “Star” klubları arasında oynanılmış görüşdə qapılara 15 qol vurulub. Bunların 13-nə hövsanlı futbolçular imza atıb. Digər iki qol “Star”ın aktivindədir.

“Kodak” isə “Şağan”dan üstün olub, 6:4. “B” qrupunun ilk qarşılaşmasında “Spektr Ravel”i “Atəşgah”ı 5-2 hesabı ilə məğlubiyyətə uğradıb. 2-ci turun son duelində “PSL”lə “Xəzər Nur” komandaları üz-üzə gəliblər. Görüş 6-3 hesabı ilə “PSL”in qələbəsi ilə yekunlaşıb. Turun son oyunları sabah keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komanda adını yarımfinala yazdıracaq.

Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatının qalib və mükafatçıları Avqustun 6-da müəyyənləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar