Çimərlik futbolu millimiz uduzdu
18 İyun 2011 Şənbə 02:55
Kiyevdəki qarşılaşma ukraynalıların qələbəsi ilə başa çatıb.
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirib. ANS PRESS, AFFA-nın internet saytına istinadən xəbər verir ki, qarşılaşma 4:1 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Nahid Mehrəliyev fərqlənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: