FEMEN təşkilatlarının üzvləri hökumətdən fahişəliyin leqallaşdırılmasını istəyir.
Ukraynadakı qadın haqlarının müdafiəsi təşkilatı olan FEMEN-in üzvləri yenə soyunub. Bu dəfə çılpaq qadınlar 2012-ci il Avropa Çempionatının təşkilatçısı olan UEFA-ya etiraz edib. Qadınlar Kiyevdəki Olimpiya stadionunun önündə toplaşıb.
FEMEN üzvü olan 5 qadın UEFA-nın əleyhinə "UEFA bizim qapımıza hücum edir", "Avro 2012-yə fahişələrsiz" kimi şüarlar səsləndirib, plakatlar açıblar. Təşkilatın sözçüsü İnna Şevçenko UEFA-nın 8 iyun-1 iyul tarixlərində keçiriləcək çempionatla bağlı olaraq fahişəliyi leqallaşdırmaq üçün hökumətə təsir etməyə çalışdığını deyib.
Hadisə yerinə gələn polis əməkdaşları qadınların aksiyasına müdaxilə edib və onları stadionun qabağından uzaqlaşdırıb.