Çili öz qrupunda lider oldu
21 İyun 2010 Bazar Ertəsi 21:20
Çili komandası növbəti görüşünü qələbə ilə başa vurdu.
“H” qrupunda yer alan Çili və İsveçrə yığmaları Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatının 11-ci günündə qarşılaşıblar. Birinci oyunlarında hər biri 3 xal qazanan millilərdən Çili yığması bu görüşdən sonra 6 xalla öz qrupunun lideri olub. Matçın birinci hissəsi isveçrəlilərin heyətindəki azalma ilə yadda qalıb. Görüşün 31-ci dəqiqəsində Balon Behrami birbaşa qırmızı kart alaraq meydanı tərk etmək məcburiyyətində qalıb.

İsveçrənin heyətindəki azlıqdan istifadə edən Çili 75-ci dəqiqədə önə keçib. 46-cı dəqiqədə meydana çıxan Mark Qonsales topu başı ilə İsveçrə qapısına göndərib. Cəmi 45 dəqiqə oynamasına baxmayaraq Qonsales matçın ən yaxşı futbolçusu kimi yadda qalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar