Çexiya üzərindəki qələbənin ardı gəlmədi
25 İyul 2010 Bazar 15:05
Çimərlik futbolçularımız türklərlə bacarmadı.
Hollandiyanın Den Haaq şəhərində təşkil olunmuş «Crocs Challenge Cup» turnirində çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununu Türkiyə yığmasına qarşı keçirib. Oyun 8:5 hesabı ilə türkiyəli futbolçuların xeyrinə başa çatıb. Millimizin heyətində Asif Zeynalov 4 qol vurub. 1 dəfə isə İlham Əzizzadə fərqlənib.

Millimiz bu turnirdə ilk oyununu iyulun 23-də Çexiya yığmasına qarşı keçirmiş və 6:5 hesabı ilə qalib gəlmişdi. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar