Cerrard mövsümü başa vurdu
08 Aprel 2011 Cümə 16:45
“Liverpul”un futbolçusunun zədəsinin ciddi olduğu müəyyənləşib
İngiltərənin “Liverpul” klubunun futbolçusu Stiven Cerrard zədələnərək mövsümün sonunadək sıradan çıxıb. ANS PRESS-in “Liverpul” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu zədəsinə görə mart ayının əvvəlində əməliyyat olunsa da, məşqlərdə onun vəziyyəti bir qədər də pisləşib.

Həkimlər 30 yaşlı ingilis futbolçunun zədəsinin konkret nədən ibarət olduğunu hələ ki, dəqiqləşdirə bilməyib.

Xatırladaq ki, Stiven Cerrard 1998-ci ildən “Liverpul”da çıxış edir. Futbolçu bu müddət ərzində 387 oyunda meydana çıxaraq, 84 qola imza atıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar