Çernoqoriya – Azərbaycan matçı keçiriləcək
28 İyul 2010 Çərşənbə 11:30
Çernoqoriya və Azərbaycan federasiyası razılığa gəlib.
Azərbaycan və Çernoqoriya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı razılıq əldə edilib.

AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında aparılan danışıqlar müsbət nəticələnib. Əldə olunmuş razılığa əsasən, yoldaşlıq oyununun noyabrın 17-də keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, yoldaşlıq qarşılaşması Çernoqoriyada baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar