Çempionumuz ağır sınaq qarşısında
21 İyul 2010 Çərşənbə 11:20
Bu gün “İnter” səfərdə “Lex”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan Bakının "İnter" klubu bu gün Polşada "Lex" klubuna qarşı cavab oyununa çıxacaq. Oyun Poznan şəhərinin “Meyski” stadionunda baş tutacaq.

Saat 23:00-da start götürəcək qarşılaşmanı serbiyalı baş hakim Milorad Majiç idarə edəcək. “Lex” – “İnter” cütlüyünün qalibi III mərhələdə “Metallurq” (Latviya) – “Sparta” (Çexiya) klublarının qalibi ilə görüşəcək.

Xatırladaq ki, “İnter” – “Lex” klubları arasında oynanan ilk oyunda polşalılar 1:0 hesabı ilə qələbə qazanmışdılar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar