Çempionlar Liqasının püşkü atılıb
15 İyul 2011 Cümə 23:33
"Neftçi"nin qalib gələcəyi halda rəqibi də artıq indidən məlumdur.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bu yarışda ölkəmizi təmsil edən Bakının “Neftçi” klubu iki oyunun nəticəsinə görə Xorvatiyanın “Dinamo” klubunu üstələyə bilsə HİK-“Banqor Siti” cütünün qalibilə qarşılaşacaq.
Bu mərhələnin ilk oyunları 26-27 iyulda, cavab oyunları isə 02-03 avqust tarixlərində keçiriləcək.
Xatırladaq ki, “Neftçi” Zaqrebdə keçirilən ilk oyunda rəqibinə 0:3 hesabı ilə məğlub olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: