Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb
06 Avqust 2010 Cümə 16:30
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Apapsort.az saytının məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən mərasimində qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 10 cütlük müəyyənləşib.
Türkiyə çempionu “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Yanq Boyz” çətin rəqiblə düşüb. İsveçrəlilər qrupa düşmək üçün “Tottenhem”i mübarizədən kənarlaşdırmalıdırlar. Pley-off mərhələsinin maraqlı oyununun Kiyev “Dinamo”su ilə “Ayaks” arasında gedəcəyini proqnozlaşdırmaq olar.
ÇL pley-off mərhələsi
“Zalsburg” (Avstriya) – “Hapoel” (Tel-Aviv, İsrail)
“Rosenborg” (Norveç) - “Kopenhagen” (Danimarka)
“Bazel” (İsveçrə) - “Şerif” (Moldova)
“Sparta” (Çexiya) - “Jilina” (Slovakiya)
“Partizan” (Serbiya) - “Anderlext” (Belçika)
“Yanq Boyz” (İsveçrə) - “Tottenhem” (İngiltərə)
“Braga” (Portuqaliya) - “Sevilla” (İspaniya)
“Werder” (Almaniya) - “Sampdoriya” (İtaliya)
“Zenit” (Rusiya) – “Oser” (Fransa)
“Dinamo” (Kiyev, Ukrayna) – “Ayaks” (Hollandiya)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 17-18-də, cəvab matçları isə 1 həftə sonra olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: