Çempionlar Liqasının 1/8 final mərhələsi başlayır
15 Fevral 2011 Çərşənbə Axşamı 02:12
Bu gün “Milan”-“Tottenhem”, “Valeysiya”-“Şalke-04” qarşılaşmaları keçiriləcək
Çempionlar Liqası Avropanın futbol meydanları və televiziya ekranlarına qayıdır. Bu gün və sabah 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Oyun cədvəlinin açılışını İtaliyanın Milan və İspaniyanın Valensiya şəhərlənirdə olacaq. Bu şəhərlərin eyniadlı klubları İngiltərənin “Tottenhem” və Almaniyanın “Şalke-04” klublarını qəbul edəcəklər. Həm “Tottenhem”, həm də “Şalke-04” qrup mərhələsini birinci yerdə bitirdiklərindən pley-off mərhələsinin ilk oyunlarını səfərdə keçirəcəklər. Xatırladaq ki, “Milan” G qrupunun, “Valensiya” isə C qrupunun ikincisi olub.
Fevralın 16-da “Arsenal” və “Roma” D və H qrupunun liderləri “Barselona” və “Şaxtyor”u qəbul edəcəklər.
Gələn həftə “Lion” öz meydanında “Real”ı, “Kopenhagen” isə Danimarkada “Çelsi” ilə qarşılaşacaq. Fevralın 23-də Çempionlar Liqasının hazırkı qalibi “İnter” “Bavariya”nı qonaq edəcək, “Olimpik” isə öz meydanında “Mançester Yunaytedlə” qarşılaşacaq.
Çempionlar Liqası 2010-2011. 1/8 final mərhələsinin cədvəli.
15.02.2011: “Milan” (İtaliya) - “Tottenhem” (İngiltərə)
09.03.2011: “Tottenhem” (İngiltərə) - “Milan” (İtaliya)
15.02.2011: “Valensiya” (İspaniya) - “Şalke-04” (Almaniya)
09.03.2011: “Şalke-04” (Almaniya) - “Valensiya” (İspaniya)
16.02.2011: “Arsenal” (İngiltərə) - “Barselona” (İspaniya)
08.03.2011: "Barselona" (İspaniə) - “Arsenal” (İngiltərə)
16.02.2011: “Roma” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
08.03.2011: “Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
22.02.2011: “Lion” (Fransa) - “Real” (İspaniya)
16.03.2011: “Real” (İspaniya) - “Lion” (Fransa)
22.02.2011: “Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)
16.03.2011: “Çelsi” (İngiltərə) - “Kopenhagen” (Danimarka)
23.02.2011: “İnter” (İtaliya) - “Bavariya” (Almaniya)
15.03.2011: “Bavariya” (Almaniya) - “İnter” (İtaliya)
23.02.2011: “Olimpik” (Fransa) - “Mançester Yunayted” (İngiltərə)
15.03.2011: “Mançester Yunayted” (İngiltərə) - “Olimpik” (Fransa).
DOSTLARINLA PAYLAŞ: