Çempionlar Liqasındanın 12 iştirakçısı məlumdur (Siyahı)
25 Noyabr 2010 Cümə Axşamı 02:55
Qalan dörd vəsiqənin sahibi isə iki həftədən sonra məlum olacaq
UEFA Çempionlar Liqasında keçirilmiş beş turdan sonra pley-off mərhələsinə vəsiqə qazanmış 12 komanda artıq məlumdur. Dörd vəsiqənin sahibi isə növbəti turda məlum olacaq.

2010/2011-ci il Çempionlar Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmış komandalar:
A qrupu - “Tottenhem” (İngiltərə), “İnter” (İtaliya)
V qrupu- “Şalke” (Almaniya), “Lion” (Fransa)
S qrupu- “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya)
D qrupu- “Barselona” (İspaniya)
E qrupu- “Bavariə” (Almaniya)
F qrupu- “Çelsi” (İngiltərə), “Marsel” (Fransa)
G qrupu- “Real” (İspaniya), "Milan" (İtaliya)

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsi dekabrın 7-8-də yekunlaşacaq. 1/16 final mərhələsinin püşkatması dekabrın 17-də Bakı vaxtı ilə saat 15.00-da olacaq. Pley-off mərhələsinin oyunları gələn il fevralın 17-i və 24-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar