Çempionlar Liqasından azarkeşlərimizə xoş xəbər
16 Mart 2011 Çərşənbə 11:35
“Rabitə”nin rəqibi “Scavolini” klubu aparıcı voleybolçusunu itirdi
Çempionlar Liqasının “Dördlər final”ında “Rabitə” klubunun rəqiblərindən biri olan “Scavolini” (Pesaro) klubu itki ilə üzləşib. ANS PRESS-in “Scavolini” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində İsveçrənin “Volero” klubuna qarşı matçda zədələnən amerikalı voleybolçu Disten Huker öz ölkəsinə yollanıb.
Ancaq voleybolçu həftəsonu start götürəcək “Dördlər finalı” qarşılaşmaları üçün komandasının düşərgəsinə gəlməyib. Bununla da 195 santimetr boya malik voleybolçunun “Scavolini”nin heyətində “Rabitə”yə qarşı forma geyinməyəcəyi dəqiqləşib.
Xatırladaq ki, Çempionlar Liqasında “Dördlər finalı” həyəcanına martın 19-u Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. “Rabitə” (Bakı) – “Skavolini” (Pesaro) matçı ilə start veriləcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da”Dördlər finalı”nın digər iki təmsilçisi “Fənərbaxça Acıbadem” və “Vakıfbank Günəş Sığorta Türk Telekom” klubları münasibətlərinə aydınlıq gətirəcəklər. Ertəsi gün Bakı vaxtı ilə saat 17:00-da “Dördlər finalı”nın ilk matçlarında məğlub olmuş klublar üçüncülük uğrunda mübarizə aparacaqlar. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək matçla Çempionlar Liqasının qalib komandasının adına aydınlıq gələcək.
DOSTLARINLA PAYLAŞ: