Çempionlar Liqasında üz-üzə gələcək klublar məlum oldu
17 Dekabr 2010 Cümə 15:45
İsveçrədə püşk atılıb
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə görə ən maraqlı qarşılaşma heç şübhəsiz ki, ötən il turnirin finalında üz-üzə gəlmiş “İnter” – “Bavariya” klubları arasında baş tutacaq. Digər maraqlı oyun isə “Arsenal” və “Barselona” klubları arasında oynacaq.
Püşkün nəticəsinə görə, 1/8 finalda üz-üzə gələcək cütlükləri nəzərinizə çatdırırıq:
“İnter” – “Bavariya”,
“Milan” – “Tottenhem”,
“Roma” – “Şaxtyor”,
“Valensiya” – “Şalke”,
“Lİon” – “Real” (Madrid),
“Arsenal” – “Barselona”,
“Marsel” – “Mançester Yunayted”,
“Kopenhagen” – “Çelsi”.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları 22-23 fevralda, cavab matçları isə 15-16 martda oynanacaq.
DOSTLARINLA PAYLAŞ: