Çempionlar Liqasında ¼ final mərhələsi
08 Aprel 2009 Çərşənbə 11:00
“Mançestr Yunayted” “Porto”yla, “Vilyareal” isə “Arsenal”la heç-heçə oynayıb

 

UEFA Çempionlar Liqasında ¼ final mərhələsinin ilk matçları keçirilib. Dünən gecə keçirilən hər iki qarşılaşma heç-heçə başa çatıb. Öz meydanında Portuqaliyanın “Porto” klubunu qəbul edən İngiltərənin “Mançestr Yunayted” klubu 2-2 heç-heçə oynayıb. “Mançestr Yunayted” ilk yarısı 1-1 hesabı ilə başa çatan matçın ikinci yarısında, 2-1 hesabla önə keçib. Son dəqiqələrdə qapısından buraxdığı qolla meydandan 2-2 hesablı heç-heçə ilə ayrılıb.

Günün digər matçındə isə İspaniyanın “Vilyareal” klubu, öz meydanında digər ingilis klubu “Arsenal”ı qəbul edib. Matçın 10-cu dəqiqəsində Markos Sennanın vurduğu qolla 1-0 önə keçən meydan sahibləri, ikinci yarıda Emmanuel Adebayorun vurduğu qola mane ola bilməyib və matç 1-1 hesabı ilə başa çatıb.

Çempionlar Liqası ¼ final mərhələsində ilk qarşılaşmalar, bu gün keçiriləcək “Liverpul”-“Çelsi” və “Barselona”-“Bavariya” (ANS TV) matçları ilə yekunlaşacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar