Çempionlar Liqasında “Fənərbaxça”nı əvəz edəcək klub seçildi
25 Avqust 2011 Cümə Axşamı 00:57
Türkiyəni Avropanın ən nüfuzlu klub turnirində “Trabzonspor” təmsil edəcək
Türkiyənin “Fənərbaxça” klubu UEFA Çempionlar Liqasında mübarizə hüququndan məhrum edildikdən sonra bu ölkənin Avropanın ən nüfuzlu klub turnirindəki yeni iştirakçısı müəyyənləşib. UEFA prezidenti Mişel Platini Monakoda Türkiyənin “Fanatik” qəzetinə məlumat verib ki, “Fənərbaxça”nın yerinə Çempionlar Liqasında “Trabzonspor” çıxış edəcək.

Türkiyə Futbol Federasiyasının “Fənərbaxça”nın Çempionlar Liqasında mübarizədən kənarlaşdırılması ilə bağlı qərarından sonra UEFA Türkiyənin yeni təmsilçisi ilə bağlı müzakirələr aparıb. Ötən mövsüm Türkiyə Superliqasında ikinci yeri tutan “Trabzonspor”un Çempionlar Liqasında mübarizə aparması qərara alınıb.

Yaranmış vəziyyətlə əlaqədar “Trabzonspor”un bu gün Bilbao “Atletik”inə qarşı UEFA Avropa Liqasındakı cavab oyunu da ləğv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar