Çempionlar Liqasında 11 oyun
22 İyul 2014 Çərşənbə Axşamı 20:28
Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 11 matç baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" doğma meydanda oynayacaq və Maltanın "Valletta" klubunu qəbul edəcək. Günün qalibləri avrokuboklarda daha 4 oyun keçirmək imkanı qazanacaq. Çünki növbəti mərhələdə uduzanlar da Avropa Liqasına yollanacaq.

Evdə böyükhesablı qələbə qazanan “Sparta”, “Ludoqorets” və “Partizan” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirməlidir. “Şerif” və Zaqreb “Dinamo”su səfərə 2 top üstünlüyü ilə yollandığından daha şanslı görünür. Daha 3 komandanın işi nisbətən asan olacaq. “Qarabağ”, “Seltik” və “Makkabi” minimal hesablı səfər qələbəsindən sonra evdə sensasiyaya imkan verməməlidir. İki cütdə isə qolsuz ayrılan rəqiblər üz-üzə gələcək.

Qeyd edək ki, bu mərhələnin qalan 6 oyunu sabah keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları

22 iyul
20:00 Sutyeska (Monteneqro) - Şerif (Moldova)
İlk oyun - 0:2.

21:00 Düdelanj (Lüksemburq) - Ludoqorets (Bolqarıstan)
İlk oyun - 0:4.

21:00 Levadiya (Estoniya) - Sparta (Çexiya)
İlk oyun - 0:7.

21:30 Qarabağ (Azərbaycan) - Valletta (Malta)
İlk oyun - 1:0.

22:30 Makkabi (Təl-Əviv, İsrail) - Santa Koloma (Andorra)
İlk oyun - 1:0.

22:45 TNS (Uels) - Slovan (Slovakiya)
İlk oyun - 0:1.

23:00 HB Torşavn (Farer adaları) - Partizan (Serbiya)
İlk oyun - 0:3.

23:00 Skenderbeu (Albaniya) - BATE (Belarus)
İlk oyun - 0:0.

23:15 Jalgiris (Litva) - Dinamo (Xorvatiya)
İlk oyun - 0:2.

23:30 Debretsen (Macarıstan) - Kliftonvill (Şimali İrlandiya)
İlk oyun - 0:0.

23:45 Seltik (Şotlandiya) - Reykyavik (İslandiya)
İlk oyun - 1:0.

23 iyul
20:00 Aktobe (Qazaxıstan) - Dinamo (Gürcüstan)
İlk oyun - 1:0.

21:00 HİK (Finlandiya) - Rabotniçki (Makedoniya)
İlk oyun - 0:0.

21:00 Ventspils (Latviya) - Malmö (İsveç)
İlk oyun - 0:0.

22:30 Styaua (Rumıniya) - Stromsqodset (Norveç)
İlk oyun - 1:0.

23:00 Maribor (Sloveniya) - Jrinski (Bosniya və Hersoqovina)
İlk oyun - 0:0.

23:45 St. Patriks (İrlandiya) - Legia (Polşa)
İlk oyun - 1:1.


DOSTLARINLA PAYLAŞ:

oyunlar