Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
16 Dekabr 2011 Cümə 15:44
İtaliya və İngiltərə klublarının qarşıdurması maraq doğurur.
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. ANS PRESS-in məlumatına görə, püşkün nəticəsinə görə, "Lion" (Fransa) - APOEL (Kipr), "Napoli"(İtaliya) - "Çelsi"(İngiltərə), "Milan" (İtaliya) - "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə) - "Bavariya" (Almaniya), "Bayer" (Leverkuzen, Almaniya) - "Barselona", ÇSKA (Moskva, Rusiya) - Real" (Madrid, İspaniya), "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya), "Marsel" (Fransa) - "İnter" (İtaliya) cütlükləri müəyyənləşib.
Qeyd edək ki, 1/8 final oyunları gələn ilin fevralın 14-15, 21-22, martın 6-7-si, 13-14-də keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: