Çempionlar Liqasıda Real Madrid və Barselona qarşılaşacaq
27 Aprel 2011 Çərşənbə 02:40
Bu gün Avropanın ən nüfuzlu klub turnirində 70 ilin barışmaz rəqibləri - “Real” və “Barselona” qarşılaşacaq.
Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək. Yarımfinalda 70 ilin rəqibləri - İspaniyanın “Real” və “Barselona” klubları qarşılaşacaq.

“Real” və “Barselona”nın oyunları 70 ildən çoxdur tək İspaniyada yox, həm də Avropada ən prinsipial derbi sayılır. Bu derbini “El Klassiko” adlandırrılar. Ümumilikdə Madridin “Real” və Kataloniyanın “Barselona” klubları 160 dəfə qarşılaşıblar. Bu oyunlardan 68-ində “Real”, 65-ində isə “Barselona” qalib gəlib, 30 oyun heç-heçə bitib.

Komandalar sonuncu dəfə bir neçə gün əvvəl “Kral kuboku”nda qarşılaşıblar. Oyundakı yeganə qolu “Real”ın ulduzu Kriştianu Ronaldu vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar