Çempionlar Liqası: “Qalatasaray” növbəti mərhələdə!
06 Dekabr 2012 Cümə Axşamı 01:37
İstanbul klubu həlledici oyunda qələbə qazandı
Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulur. H qrupunun son oyununda “Qalatasaray” səfərdə Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşıb. Oyun Türkiyə klubunun 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qrupdakı digər oyunda “Kluj” “Mançester Yunayted”ə qalib gəlib. Beləliklə, bu nəticələr “Qalatasaray”ı Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə çıxardı.








DOSTLARINLA PAYLAŞ:

oyunlar