Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazandı
08 Noyabr 2012 Cümə Axşamı 02:40
“Barselona” “Seltik”ə məğlub oldu, “Mançester Yunayted” növbəti mərhələdədir
Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun son oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, “Qatasaray” səfərdə Rumıniyanın “Kluj” komandasını 3:1 hesabı ilə məğlub edib. Hesabı İstanbul klubu 18-ci dəqiqədə Burak Yılmazın qolu ilə açıb. Birinci hissə bu hesabla başa çatıb. 53-cü dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. Burak Yılmaz 61-ci və 74-cü dəqiqələrdə də fərqlənərək həm het-trikə imza atıb və komandasının qələbəsini təmin edib.

Qrupdakı digər qarşılaşmada “Mançester Yunayted” səfərdə “Braqa”nı 3:1 hesabı ilə məğlub edib. İngilislərin bütün qolları qarşılaşmanın son 10 dəqiqəsində vurulub. “Mançester Yunayted”in tərkibində Runi, Van Persi və Hernandes fərqləniblər. Bu qələbə İngiltərə klubuna dörd oyunda 12 mümkün xalın hamısını qazandırıb və komanda artıq növbəti mərhələdədir. “Qalatasaray” və “Kluj” 4 xalla 2-ci və 3-cü yerləri bölüşdürürlər. Dörd oyunda 3 xal qazanan “Braqa” isə sonuncu pillədədir.

Günün digər qarşılaşmalarının nəticələri:

E qrupu

“Çelsi” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) 3:2

Qollar: Torres, 6. Oskar, 40. Mozes, 90. - Villian, 9, 47.

“Yuventus” (İtaliya) - “Norşellann” (Danimarka) 4:0

Qollar: Markizio, 6. Vidal, 23. Covinko, 37. Kvalyarella, 75.

F qrupu

“Bavariya” (Almaniya) - “Lillğ” (Fransa) 6:1

Qollar: Şvaynştayqer, 5. Pisarro, 18, 28, 33. Robben, 23. Kroos, 66. - Kalu, 58.

“Valensiə” (İspaniya) - BATE (Belarus) 4:2

Qollar: Jonas, 26. Soldado, 29. Fequli, 51, 86. - Bressan, 53. Mozolevski, 83.

G qrupu

“Benfika” (Portuqaliya) - “Spartak” (Rusiya) 2:0

Qollar: Kardoso, 55, 69.

“Seltik” (Şotlandiya) - “Barselona" (İspaniya) 2:1

Qollar: Vanyama, 21. Uott, 83. - Messi, 90.


DOSTLARINLA PAYLAŞ:

oyunlar