Çempionlar Liqası: “Çelsi” və “Real” yoluna davam edir.
15 Mart 2012 Cümə Axşamı 09:06
Avropanın ən nüfuzlu klub turnirində bütün ¼ finalçılar müəyyənləşdi
UEFA Çempionlar Liqasında son iki ¼ finalçının adına aydınlıq gəlib. Madridin “Real” və Londonun “Çelsi” klubları adlarını Avropanın ən güclü 8 klubu sırasına yazdırmağı bacarıblar. “Çelsi” İtaliyanın “Napoli” klubu ilə dramatik keçən qarşılaşmanın 105-ci dəqiqəsində Branislav İvanoviçin vurduğu qolla 4:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, İtaliyadakı ilk qarşılaşma 3:1 hesabı ilə “Napoli”nin xeyrinə başa çatmışdı. “Real” isə ÇSKA klubu ilə matçın əsas vaxtında 4:1 hesablı qələbə qazanıb. Moskvada keçirilən ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitdiyindən “Real” növbəti mərhələyə vəsiqəsini təmin edib.

¼ finala vəsiqə qazanan klublar arasında "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya), APOEL (Kipr), "Marsel" (Fransa) və Almaniyanın "Bavariya" komandaları da var.







DOSTLARINLA PAYLAŞ:

oyunlar