“Portu” “Zenit”ə uduzdu, “Çelsi” “Valensiya” ilə bacarmadı.
UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun növbəti oyunları keçirilib. Turun ən böyük hesablı qələbəsi Minskdə qeydə alınıb. “Barselona” yerli BATE üçün əsl futbol dərsi keçib. İspanlar meydan sahiblərinin qapısından beş cavabsız top keçiriblər. “Barselona”nın qollarını Lionel Messi (38-ci və 56-cı dəqiqələr), Pedro Rodriges (22-ci dəqiqə) və David Vilya (90-cı dəqiqə) vurub, 19-cu dəqiqədə isə BATE-nin oyunçusu Volodko avtoqola imza atıb.
Gecənin ən maraqlı oyunlarından biri İspaniyada keçirilib. “Valensiya” “Çelsi”ni qəbul edib və komandalar hərəyə bir dəfə fərqlənə biliblər - 1:1.
Günün bütün qarşılaşmalarının nəticələri:
E qrupu
“Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) - 1:1
“Bayer” (Almaniya) - “Genk” (Belçika) 2:0
F qrupu
“Marsel” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 3:0
“Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) 2:1
G qrupu
“Zenit” (Rusiya) - “Porto” (Portuqaliya) 3:1
“Şaxtyor” (Ukrayna) - APOEL (Kipr) 1:1
H qrupu
“Milan” (İtaliya) - “Viktoriya” (Çexiya) 2:0
BATE (Belarus) - “Barselona” (İspaniya) 0:5.
ANSPRESS