Çempionlar Liqası: “Arsenal” 1/8 finala çıxdı
24 Noyabr 2011 Cümə Axşamı 02:24
“Portu” isə “Zenit”i vaxtından əvvəl sevinməyə qoymadı.
UEFA Çempionlar Liqasında beşinci tura yekun vurulub. Turun son günündə Londonun “Arsenal” klubu 1/8 final mərhələsinə vəsiqə qazanıb. F qrupunun qarşılaşmasında “topçular” öz meydanlarında Dortmund “Borussiya”sını 2:1 hesabı ilə məğlub ediblər.

“Borrusiya” Robin van Persiinin 49-cu və 86-cı dəqiqələrdə vurduğu qollara oyuna əlavə edilmiş dəqiqələrdə Sindzi Kaqavanın qolu ilə cavab verib.

G qrupunda Donetskin “Şaxtyor” klubu öz meydanında “Portu”ya 0:2 hesabı ilə məğlub olub. Beləliklə, Portuqaliya klubu 1/8 final mərhələsinə çıxmaq şanslarını qoruyub. Bununla da Rusiyanın “Zenit” komandasının vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanmaq arzusu reallaşmayıb. “Portu” 7 xal toplayıb və “Zenit”dən 1 xal geri qalır. Əgər son oyunda “Şaxtyor” qalib gəlsəydi, “Zenit”in 1/8 final mərhələsinə çıxışı şübhəsiz olacaqdı. Lakin “Portu”nun daha 3 xal qazanması nəticəsində qrupdan növbəti mərhələyə ikinci vəsiqənin taleyi növbəti tura qalıb. Dekabrın 6-da keçiriləcək son turda “Portu” “Zenit”lə qarşılaşacaq. Rusiya klubunu heç-heçə də qane edir. Komandalardan biri Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaq, digəri isə mübarizə Avropa Liqasında davam etdirməli olacaq.

Günün bütün oyunlarının nəticələri:

E qrupu

“Valensiya” (İspaniya) - “Genk” (Belçika) 7:0
“Bayer” (Almaniya) - “Çelsi” (İngiltərə) 2:1.

Turnir cədvəli: “Bayer” - 9 xal, “Çelsi” - 8, “Valensiya” - 8, “Genk” - 2.

F qrupu

“Arsenal” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya) 2:1
Qollar: Van Persi, 49, 86 (2:0), Kaqava 90+1, (2:1)

“Marsel” (Fransa) - “Olimpiakos” (Yunanıstan) 0:1 .

Turnir cədvəli: “Arsenal” - 11, “Marsel” - 7, “Olimpiakos” - 6, “Borrusiya” - 4.

G qrupu
“Zenit” (Peterburq, Rusiya) - APOEL (Kipr) - 0:0
“Şaxtyor” (Ukrayna) - “Portu” (Portuqaliya) - 0:2.

Turnir cədvəli: APOEL - 9, “Zenit” - 8, “Portu” - 8, “Şaxtyor”-2.

H qrupu

BATE (Belarus) - “Viktoriya” (Çexiya) - 0:1
“Milan” (İtaliya) - “Barselona” (İspaniya) - 2:3.

Turnir cədvəli: “Barselona” - 13, “Milan” - 8, “Viktoriya” - 4, BATE - 2.


DOSTLARINLA PAYLAŞ:

oyunlar